Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğanla Putin NATO-nu qıcıqlandıran addımı atdı

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Kojin: "Bu müqavilənin strateji maraqlarımıza uyğun gəlməsinə tam təminat verə bilərəm"

BAKI, 12 sentyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "S-400" zenit-raket kompleksi almaq üçün Rusiya ilə müqavilə imzalandığını, artıq ilkin ödəniş edildiyini bildirib. Bu barədə Sputnik Türkiyə xəbər verir.

"S-400"lə bağlı müqavilə artıq imzalanıb. Məndə olan məlumata görə, artıq ilkin ödəniş edilib. Bundan sonrakı proses Rusiyanın sözügedən raketləri bizə göndərməsi olacaq. Bu barədə cənab Putinlə qəti mövqeyimiz var" — Ərdoğan deyib.

Məsələ ilə bağlı Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də açıqlama verib: "Türklərlə müqavilə artıq imzalanıb və icrası istiqamətində işlər gedir. Bu müqavilənin strateji maraqlarımıza uyğun gəlməsinə tam təminat verə bilərəm".

Qeyd edək ki, Qərb ölkələri, xüsusilə ABŞ başda olmaqla NATO-ya üzv dövlətlər Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksi almasına etiraz edir.

Xəbər lenti
0