Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə Türkiyə arasında "pomidor razılığı" əldə olundu

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidKrasnodar şəhərindəki Mərkəzi kolxoz bazarı, arxiv şəkli
Krasnodar şəhərindəki Mərkəzi kolxoz bazarı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Aleksand Çeçev: "Biz Türkiyədən pomidor alacağıq, amma..."

BAKI, 8 sentyabr — Sputnik. Rusiya ilə Türkiyə arasında yaşanan "pomidor böhranı" sentyabrın sonunda həll ediləcək. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən bildirir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Çeçev açıqlama verib.

Onun sözlərinə görə, türklər qış ayları boyunca Rusiyaya pomidor ixrac edə bilərlər: "Biz Türkiyədən pomidor alacağıq, amma bu, məhdud miqdarda olacaq. Yəni Rusiyada pomidor yetişdirilmədiyi vaxtlarda".

"Türkiyəyə 3 milyon tondan çox taxıl göndəririk. Oradan illik 2 milyard dollar pul qazanırıq və onu itirmək istəmirik. Bundan başqa, çoxlu miqdarda bitki yağı, düyü satırıq" — Çeçev qeyd edib.

Xəbər lenti
0