BAKI, 7 sentyabr — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, paytaxt Moskvada İraqın Antiterror Xidmətinin rəhbəri Talib əl-Kənani ilə görüşüb. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Boqdanov ölkəsinin İraqın birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini deyib.
Rus diplomat, həmçinin İraqın daxili işlərinə xarici müdaxilənin yolverilməzliyini, Bağdad hökumətinin antiterror potensialının artırılmasına dəstəyin zəruriliyini bildirib.
Xatırladaq ki, İraqın şimalındakı kürd muxtariyyətinin rəhbərliyi sentyabrın 25-də müstəqillik üzrə referendum keçirəcəyini bəyan edib.