BAKI, 7 sentyabr — Sputnik. Rusiyanın Leninqrad vilayətində yerləşən poliqonda partlayış baş verib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, hadisədə bir hərbçi ölüb, beşi yaralanıb.
Məlumatı Rusiyanın Müdafiə nazirliyi də təsdiqləyib.
Hadisə tankdan atəş zamanı yanlışlıqla baş verib. Mərmilərdən biri yerə toxunduqdan sonra istiqamətini dəyişib və hərbçilərin olduğu sığınacağın yaxınlığında partlayıb.
Yaralanan hərbçilərin hamısı xəstəxanalara yerləşdirilib.