BAKI, 7 sentyabr — Sputnik. 2006-cı il sentyabrın 7-də BMT Baş Assambleyasının 60-cı sessiyasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin fəsadlarından bəhs edən yeni sənəd qəbul olunub.
"Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" adlı qətnamədə ermənilərin işğal edilmiş torpaqlarda davamlı yanğınlar törədilməsinə diqqət çəkilirdi. Qətnamədə yanğınlarla bağlı münaqişə zonasında beynəlxalq monitorinqin həyata keçirilməsi əksini tapsa da, gerçəkdə bu prosesin erməni işğalına qarşı konkret nəticəsi olmadı.