BAKI, 5 sentyabr — Sputnik. "Rusiya Xarici İşlər Nazirliyi San-Fransiskodakı Baş konsulluğumuzu bağladığına görə ABŞ-ı məhkəməyə verməlidir". Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Mən Xarici İşlər Nazirliyinə məsləhət görürəm ki, məhkəmədə ABŞ-a qarşı iddia qaldırsın. Baxaq görək, ABŞ-ın tərifli məhkəmə sistemi necə işləyəcək" — Putin vurğulayıb.
Rusiya prezidenti, həmçinin rəsmi Moskvanın ABŞ-ın diplomatik missiyasının əməkdaşlarının sayını daha 155 nəfər azaltmaq hüququnu özündə saxladığını bildirib.