BAKI, 5 sentyabr — Sputnik. Suriyada İŞİD silahlıları ilə toqquşmada iki rus əsgəri həlak olub. Sputnik Azərbaycan bu barədə "Haber7"-ə istinadən xəbər verir.
Məlumatı Rusiyanın Müdafiə nazirliyi də təsdiqləyib. Xəbərə görə, Deyr-əz-Zor bölgəsində hərəkət halında olan rus hərbi maşınlarına İŞİD döyüşçüləri atəş açıblar. Əsgərlərdən biri hadisə yerində ölüb, digər əsgər isə xəstəxanada dünyasını dəyişib.