Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan ABŞ-a son xəbərdarlıq: Əks təqdirdə...

© Sputnik / Aleksey Agaryshev / Mediabanka keçidТабличка на воротах российского торгового представительства в Вашингтоне
Табличка на воротах российского торгового представительства в Вашингтоне - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya ABŞ-dan diplomatik obyektlərini qaytarmağı tələb edib

BAKI, 3 sentyabr — Sputnik. "ABŞ, Rusiyanın bağlanmış diplomatik obyektlərini dərhal geri qaytarmalıdır". Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) belə bəyanatla çıxış edib.

XİN, San-Fransiskoda Rusiya Baş Konsulluğunun və Vaşinqtonda ticarət nümayəndəliyinin binalarının alınmasını Vaşinqtonun düşmənçilik aktı və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib: "ABŞ bu tələbi yerinə yetirməyəcəyi təqdirdə qlobal təhlükəsizlikdə mühüm əhəmiyyət daşıyan iki ölkə arasında diplomatik münasibətlərin pozulmasına görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşəcək".

Qeyd edək ki, ABŞ sentyabrın 2-dək Rusiyanın San Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu York şəhərlərindəki konsulluq obyektlərini bağlamağı tələb etmişdi.

Xəbər lenti
0