Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu tanınmış dərmanlar apteklərdən yığışdırılır

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidRusiyada aptek, arxiv şəkli
Rusiyada aptek, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada apteklərdən bu populyar dərman çıxarılır

BAKI, 1 sentyabr — Sputnik. Rusiyada Ozon zavodunun istehsalı olan 020117 seriyalı lidokaindən istifadə etdikdən sonra 2 xəstə anafilaktik şok nəticəsində ölüb. Roszdravnadzor xəbər verir ki, hazırda ekspertiza təyin olunub. Ekspertizanın nəticələri çıxana qədər dərmanın satışı qadağan edilib.

Mütəxəssislərin fikrinə görə, ölümlərin səbəbi istehsalat zamanı dərmana düşən təhlükəli qatqılar ola bilər. Ekspertiza bunu təsdiq edərsə, dərmanın istehlakçısı ciddi cəzalandırıla bilər, ölənlərin qohumları isə kompensasiya tələb edə bilərlər.

Digər tərəfdən bunun səbəbi ölən insanların dərmana qarşı olan fərdi reaksiyası ola bilər. Bu səbəbdən xəstəyə hər hansı müalicə təyin olunduqda həkimlərə keçmişdə baş vermiş istənilən allergik reaksiyalar haqqında məlumat vermək lazımdır.

Xəbər lenti
0