BAKI, 31 avgust — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri atəşkəs rejiminin pozulması faktını qeydə almayıblar.