QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ATƏT müşahidəçiləri təmas xəttinə yollanacaqlar

© AR Ministry of DefenseATƏT-in avtomobiləri təmas xəttində
ATƏT-in avtomobiləri təmas xəttində - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

BAKI, 30 avqust — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Martin Şuster keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Joviç keçirəcəklər.

Xəbər lenti
0