BAKI, 29 avqust — Sputnik. "Biz Rusiya ilə gec-tez barışacağıq". Sputnik xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Finlandiyanın dövlət başçısı Sauli Niinisto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Ümid edirəm ki, biz Rusiya ilə yaxşı əlaqələr quracağıq. Uzun illərdir bunu yüksək səslə və açıq şəkildə söyləyirəm. Çünki ruslarla yaxşı əlaqələr qursaq, bu, həm də dünyanın xeyrinə olar. Rusiya böyük ölkədir. Nüvə silahı var. Dünyada sülhün olması üçün biz Rusiya ilə gec-tez barışacağıq" — Tramp qeyd edib.
Jurnalistin "Rusiyanı ABŞ-ın təhlükəsizliyinə təhdid olaraq görürsünüzmü?" sualına Tramp, "Bir çox ölkəni təhlükəsizliyimizə təhdid kimi görürəm" deyib.