BAKI, 25 avqust — Sputnik. “Rus ordusu, ekstremist qruplar tam məhv edilənədək Suriyada qalmaqda davam edəcək”. Sputnik Azərbaycan "İnterfax"-a istinadən xəbər verir ki, bu barədə Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı, general-polkovnik Sergey Surovikin açıqlama verib.
“İŞİD və “Ən-Nusra Cəbhəsi” döyüşçülərinə qarşı əməliyyat onlar tam məhv edilənədək davam edəcək” – komandan deyib.
O həmçinin qeyd edib ki, Rusiya aviasiyası lazımsız zorakılığa əl atmadan, Suriya rejiminin əsgərlərinin köməyi ilə bölgədə sülhə nail olmağa çalışacaq.