BAKI, 25 avqust — Sputnik. Rusiyanın Krasnodar vilayətində sərnişin avtobusu dənizə düşüb. Sputnik Azərbaycan "İnterfax"-a istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər dünyasını dəyişib.
Bundan başqa, 32 nəfər son anda xilas edilib. Onlardan 8-i huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Məlumata görə, avtobus kran vasitəsilə dənizdən çıxarılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.