BAKI, 23 avqust — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko, tədris ilinin başlaması səbəbilə Donbasda yeni atəşkəs rejiminin tətbiq edilməsinə dair təklif vermək fikrindədir. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, prezident bu barədə "Normand dördlüyü" ölkələrinin liderləri ilə telefon danışığı zamanı deyib.
Poroşenko deyib ki, Ukrayna hökuməti Donbasda vəziyyətin gərginləşməsinin səbəbkarı olmayacaq. "Ancaq istənilən hücum cəhdlərinin qarşısı sərt şəkildə alınacaq" — prezident əlavə edib.