BAKI, 21 avgust — Sputnik. Rusiya prezidenti Vladimir Putin, ölkənin xarici işlər nazirinin müavini Anatoli Antonovu ABŞ-a səfir təyin edib. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, məlumat Kremlin rəsmi saytında dərc olunub.
Qeyd edək ki, Anatoli Antonov 30 ildən çoxdur ki, Rusiyanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. O, 2004-cü ildə Təhlükəsizlik və Tərksilah Məsələləri üzrə Departamentə rəhbərlik edib.