QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ərazilərimizin işğalı faktı BMT-də müzakirə olunacaq

© AFP 2024 / DOMINICK REUTER BMT-nin baş ofisi
BMT-nin baş ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsi BMT-nin 72-ci sessiyasının gündəliyinə daxil edilib

BAKI, 21 avqust — Sputnik. "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri BMT Baş Assambleyasının 72-ci sessiyasının ilkin gündəliyinə daxil edilib. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu qətnamə layihələri BMT Baş Assambleyasının 71-ci sessiyası zamanı müzakirə olunmadığından, qarşıdakı sessiyanın gündəliyinə müvafiq olaraq 40 və 36-cı bəndlər altında daxil edilib.

Село Чыраглы Агдамского района Азербайджана. Архивное фото - Sputnik Azərbaycan
QARABAĞ
Ağdam rayonunun işğalından 24 il keçir

Bu sessiyanın gündəliyinə ümumilikdə 171 bənd, o cümlədən, sülh və təhlükəsizlik, Afrikanın inkişafı, silahsızlaşdırma, narkotiklərin yayılmasına nəzarət, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər üzrə bəndlər daxildir. BMT Baş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək. Ənənəvi ümumi müzakirələr sentyabrın 19-dan 25-dək baş tutacaq.

Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-Yorkda Baş Assambleyanın sessiyasının açılışı zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş keçirməyi planlaşdırır.

Ümumiyyətlə, Baş Assambleya BMT-nin baş müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunmalıdır. Digər məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər il sentyabr ayından dekabra qədər Assambleya sessiyası intensiv işləyir, sonradan Assambleya ehtiyac duyulduğu təqdirdə iclaslarını keçirir.

Xatırladaq ki, daha əvvəl BMT Baş Assambleyasının qarşıdakı sessiyasının sədri kimi yekdilliklə slovak siyasətçi və diplomat Miroslav Layçak seçilib və o, BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı altı prioritet istiqaməti müəyyənləşdirib: münaqişələrin qarşısının alınması, miqrasiya, insan hüquqlarının qorunması, davamlı inkişaf, iqlim dəyişikliyi və bərabərliyin təmin olunması.

Xəbər lenti
0