BAKI, 21 avqust — Sputnik. "İki yüzdən çox İŞİD döyüşçüsünü eyni anda məhv elədik". Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərə görə, Rusiya hərbi hava qüvvələrinə aid qırıcı təyyarələr, Suriyanın Deyr əz-Zor bölgəsində toplanan iki yüz nəfərə yaxın İŞİD silahlısını bombalayıb. Nəticədə döyüşçülərin hamısı məhv edilib. Bundan başqa, terror təşkilatının Raqqa və Xomsdakı mövqelərinə də zərbələr endirilib.