Mübariz Əhmədoğlu: “Ermənistan anti-Rusiya kompaniyasına başlayıb”
“Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər”. Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, həmsədrin dediklərini qeyri-ciddi ifadə kimi qəbul edir: “Son günlər ABŞ-ın mövqeyi Ermənistana tərəf dəyişib. Ermənistan yeni bir anti-Rusiya kompaniyasına başlayıb”.
“Hoqlandın açıqlamalarından məlumdur ki, bu Ermənistanın şərtləridir. İndi Hoqland həmin tələbləri müdafiə edir. Əgər Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxaracaqsa, müasir monitorinq qurğularının cəbhədə yerləşdirilməsini niyə istəyir? Hoqland son dövrlər ermənipərəst kursdadır” – deyə o bildirib.