BAKI, 16 avqust — Sputnik. Avqustun 24-də Ukraynanın paytaxtı Kiyevdə Müstəqillik Günü ilə bağlı keçiriləcək hərbi paradda NATO-ya üzv 10 ölkənin hərbçiləri və müdafiə nazirləri iştirak edəcək. Sputnik Azərbaycan "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Stepan Poltorak məlumat verib.
"Biz birlikdə Ukraynanın Müstəqillik Gününü bayram edəcəyik” — nazir bildirib.
Paytaxtın mərkəzində keçiriləcək parada 5 minə yaxın hərbçi qatılacaq.