BAKI, 16 avqust — Sputnik. Rusiyada cəmiyyətində ana kapitalı proqramı geniş müzakirə olunur. Söhbət həmin proqramın ləğv olunmasından gedir. Həmin proqrama əsasən, ikinci övladın dünyaya gəlməsi üçün analara müəyyən məbləğdə pul ödənilir.
İş ondadır ki, Rusiya hökumətinin nümayəndələri dəfələrlə ana kapitalının başqa ailəyə dəstək üsulları ilə dəyişdirilməsinin vacibliyi barədə söz açıblar. Bu məsələ isə hökumətdən çox sıravi vətəndaşları narahat edir.
Rəsmi sənədlərə görə, ana kapitalı proqramının fəaliyyət müddəti 2018-ci ilin sonunda başa çatır. Proqramın müddətinin artırılması barədə yekun qərar mövcud deyil. Lakin artıq hökumətdən ikinci övladın anadan olmasına görə ailəyə 250 min rubl (7000 manat) məbləğində kompensasiya verilməsi barədə yeni qanunun qəbulu haqqında açıqlamalar verilib.
Ana kapitalı proqramı 2007-ci ildə start götürüb. İldən-ilə indeksləşdirilən ana kapitalının məbləği artıq 80% yüksələrək 453 min rubla (13 min manat) çatıb. Son illər ölkədəki ağır iqtisadi şərait ucbatından indeksasiya keçirilmir.