Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan Rusiyaya ət və süd məhsullarının ixracını artırır

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidRusiyanın Krasnodar şəhərindəki Mərkəzi kolxoz bazarında ət satışı, arxiv şəkli
Rusiyanın Krasnodar şəhərindəki Mərkəzi kolxoz bazarında ət satışı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixrac imkanları genişləndirilir

BAKI, 15 avqust — Sputnik. Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi Qrup Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixracının genişləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında deyilir.

Məlumatda bildirilir ki, görülmüş tədbirlər nəticəsində Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin qərarı ilə daha 6 Azərbaycan müəssisəsi Xidmət tərəfindən aparılan reyestrə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiyaya ixrac edilməsinə icazə verilib.

Beləliklə, indiyədək görülmüş tədbirlər nəticəsində sözügedən reyestrə daxil edilmiş müəssisələrin ümumi sayı 20-yə çatıb.

Digər Azərbaycan müəssisələrinin də reyestrə daxil edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti
0