QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhəboyu zonada yerləşən bölmələrdəki mövcud şərait yoxlanılıb

© AR Ministry of DefenceBaş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada
Baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada - Sputnik Azərbaycan
Abunə olmaq
Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə zonasında olublar

BAKI, 15 avqust — Sputnik. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada mövcud olan vəziyyətlə yerində tanış olmaq məqsədilə ön xətdə yerləşən bölmələrdə olub.

Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, düşmənlə qarşıdurma xəttindəki bölmələrdə hərbi quluqçularla görüşən rəhbər heyətə döyüş şəraiti barədə məruzə edilib.

Baş nazirin birinci müavini və müdafiə naziri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, onların qidalanması, əsgər yataqxanaları, sosial-məişət şəraiti və digər hərbi obyektlərlə tanış olublar.

Dövlət başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirən rəhbər heyət burada hərbi qulluqçular üçün yaradılan şəraiti yüksək qiymətləndirib və şəxsi heyətlə birlikdə nahar edib.

Cəbhənin ön xəttində  səfərdə olan Baş Nazirin birinci müavini və Müdafiə naziri  həmçinin burada yeni inşa edilən hərbi şəhərcikdə yerinə yetirilən işlərin gedişatını da yoxlayıblar.

Məruzə edilib ki, hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunmuş qərargah, əsgər yataqxanaları, yeməkxana, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələrini təmin etmək məqsədilə müvafiq məişət və ictimai iaşə kompleksləri, tibb məntəqəsi və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

Görülən işlərə baxış keçirildikdən sonra, inşaat işlərinin keyfiyyətli yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Xəbər lenti
0