BAKI, 15 avqust — Sputnik. Rusiyanın Volqoqrad vilayətində məhkəmə Leninsk şəhərinin 37 yaşlı sakinini 24 il müddətinə azadlıqdan məhrum edib. Həmin şəxs özünün 4 həddi-buluğa çatmamış uşağı üzərində seksual xarakterli zorakılıq etməkdə günahlandırılır.
2006-cı ildən etibarən həmin şəxs mütəmadi olaraq 4 yaşlı qızını zorlayıb. Daha sonra isə o, digər iki qızı və oğlunun da başına eyni işləri gətirib.
Uşaqların anası heç bir şeydən xəbəri olmadığını bildirib, lakin istintaq bunun əksini sübut edib.
Əxlaqsız ata öz səhvi ucbatından ələ keçib. O polisə gələrək böyük qızının sinif yoldaşları ilə cinsi əlaqəyə girməsi barədə məlumat verib. Bu hərəkəti ilə o, özünü düşünürmüş. Çünki bir müddətdən sonra tibbi komissiyadan keçəcək olan qızın artıq neçə ildir cinsi həyatı olduğu üzə çıxacaqdı.
İbtidai istintaqın gedişində cinayətkar əməllərini etiraf edib.