Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bank fırıldağının yeni növü: Özlərini bank əməkdaşları kimi təqdim edənlər...

© AFP 2024 / DAMIEN MEYER Kredit kartları, arxiv şəkli
Kredit kartları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bank əməkdaşlarına kartınızın məlumatlarını verməyin: pulunuzu götürə bilərlər

BAKI, 14 avqust — Sputnik. Ötən il ərzində rusiyalıların bank kartlarından edilən oğurluğun həcmi 650 milyon rubl (1,1 milyon manat) olub, bu il isə bu rəqəm 750 milyona (1,3 milyon manat) çata bilər. Bu barədə İzvestiya yazır.

Zecurion analitik mərkəzindən verilən məlumata görə, bir çox fırıldaq sxemləri artıq vətəndaşlara məlumdur və onlar bu tələyə asanlıqla düşmürlər. Lakin hakerlər daima öz metodlarını yeniləyirlər. "Kibercinayətkarlar vətəndaşlara zəng edərək özlərini bank əməkdaşları kimi təqdim edirlər və kart barədə məlumatları istəyirlər" — İzvestiya yazır.

Həmçinin cinayətkarlar interaktiv səs sistemlərini zənglər üçün proqramlaşdırırlar və ya elektron ünvana göndərdikəri məktublara xüsusi fayllar yerləşdirirlər. Bu əlavələri açdıqda virus işə düşür. Bəzən fırıldaqçılar robot-zənglərdən istifadə edirlər. Bu sxemdən artıq 4 minədək insan zərər görüb və bu hələ prosesin başlanğıcıdır.

2017-ci ildə Rusiyada bank kartlarından oğurluq ötən illə müqayisədə 30% artaraq 140 min hadisəyə çata bilər.

Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkə banklarının internet fırıldaqçılardan gördüyü zərərin ümumi həcmi 2016-cı ildə 2 milyard (35 milyon manat) rubla çatıb.

Xəbər lenti
0