BAKI, 13 avqust — Sputnik. Moskva meri Sergey Sobyaninin imzaladığı sərəncama əsasən, şəhər zooparkı nikahın qeyd oluna biləcəyi məkanlar sırasına daxil edilib.
Məlumata əsasən, ilk dəfə bu cür obyektlərin siyahısı 2006-cı ildə tətrib edilib. O vaxt siyahıya "Kuskovo" malikanəsi, Moskva muzeyi, Puşkin dövlət muzeyi və "Ostankino" muzey-malikanəsi daxil edilib.
Ötən illər ərzində nikahların qeyd olunması üçün ayrılan yerlərin sayı artırılıb. Bura Böyük Vətən Müharibəsi Mərkəzi muzeyi, Moskva Dövlət birləşmiş muzey-qoruğu, İlya Qlazunovun rəsm qalereyası, "Tsaritsıno" muzey-qoruğu, Pyotr yol sarayı və Smirnov malikanəsi əlavə edilib.