BAKI, 11 avqust — Sputnik. “Hazırki çətin şəriatdə təmas xəttinin tam demilitarizasiyasından danışmaq çətindir”.
Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Amerikanın Səsi" radiosunun Azərbaycan və erməni dili versiyalarına açıqlamasında deyib:
“İki silahlı tərəf bir-biri ilə qarşı-qarşıyadırsa, hərbi toqquşma ehtimalı həmişə var. Buna görə ilk növbədə təmas xəttindən snayperləri çıxarmaq, müşahidəçilərin sayını artırmaq və ərazidə xüsusi avadanlıq yerləşdirmək lazımdır”.
Hoqland Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çərçivə sənədinin olduğunu deyib, lakin tam kompromisin əldə olunması üçün çox iş görülməli olduğunu əlavə edib.