BAKI, 9 avqust — Sputnik. 1992-ci il avqustun 9-da Azərbaycan Milli Ordusunun hissələri Gədəbəy rayonunun ərazisindəki Başkənd qəsəbəsini erməni silahlı qüvvələrindən təmizləyiblər.
Sputnik Azərbaycan-ın məlumatına görə, Başkənd vaxtilə Azərbaycan ərazisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən iri yaşayış məntəqəsi olub.
Qarabağda hərbi əməliyyatların başlamasından sonra Ermənistan ordusu həmin anklavdan Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi və orada çoxsaylı hərbi qüvvələrini yerləşdirmişdi. Azərbaycan Milli Ordusunun hissələrinin, xüsusən yerli və Tovuz rayonundan olan könüllülərin keçirdiyi uğurlu hücum əməliyyatı nəticəsində Başkənd işğalçılardan azad edilib.
Bu hadisə Azərbaycan ordusunun o vaxt həyata keçirdiyi ən uğurlu hücum əməliyyatlarından biri kimi yadda qalıb.