QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ekspert: “Azərbaycan tərəfi İranın vasitəçiliyinə hər zaman şübhə ilə yanaşıb”

© Photo : AzVision.azSədrəddin Soltan, siyasi ekspert
Sədrəddin Soltan, siyasi ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, İran bu məsələdə tərəfsiz olduğunu göstərməyə çalışsa da, bir qayda olaraq işğalçıya yardımlar edir

Sədrəddin Soltan: “İran rəsmiləri Ermənistanı işğalçı kimi qəbul etdiklərini bəyan etmirlər”
“Dağlıq Qarabağla bağlı məsələdə bizim məsləhətimiz danışıqların davam etdirilməsidir”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında deyib.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, İranın Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolu işğalçı tərəfə yardım etməkdən ibarətdir: “Dəfələrlə İran bu məsələdə tərəfsiz olduğunu göstərməyə çalışır, amma bir qayda olaraq işğalçıya yardımlar edir. Azərbaycan tərəfi İranın Ermənistana olan yardımlarını nəzərə alaraq, onun vasitəçiliyinə hər zaman şübhə ilə yanaşıb”.

“Ermənistan müstəqilliyini qazandıqdan bəri onunla İran arasında iqtisadi, siyasi, hətta hərbi əməkdaşlığı da mövcuddur. İran rəsmiləri açıq şəkildə Ermənistanı işğalçı kimi qəbul etdiklərini bəyan etmirlər. Bu da İranın münaqişənin həllində nə vaxtsa vasitəçi kimi iştirak edəcəyinə şübhə yaradır” – deyə o bildirib.

Xəbər lenti
0