QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilər daha bir azərbaycanlı uşağın həyatına qəsd ediblər

© Sputnik / Ilham MustafaTovuz rayonu
Tovuz rayonu - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənilərin atdığı mərmi nəticəsində 13 yaşlı Tovuz sakini ağır yaralanıb

BAKI, 7 avqust — Sputnik. Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə nəticəsində bir dinc sakin yaralanıb.

Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb.
Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xəbər lenti
0