BAKI, 7 avqust — Sputnik. Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.
Bu barədə RİA Novosti-yə Başqırdıstan FHN-nin mətbuat katibi Yelena Mavlyutova bildirib.
“Hadisə Birsk rayonunda baş verib. Yanğın nəticəsində 5 həddi-buluğa çatmamış uşaq daxil olmaqla, bir ailənin 9 üzvü yanaraq ölüb” — deyə Mavlyutova qeyd edib.
Onun sözlərinə görə, hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Yanğının səbəbləri araşdırılır.