Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Araz Ağalarovun biznes ortağı qətlə yetirilib

© Sputnik / Ramil Sitdikov / Fotobanka keçməkCrocus City Oceanarium
Crocus City Oceanarium - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
"Crocus City Oceanarium" şirkətinin təsisçisi və baş direktoruna 7 güllə vurublar

BAKI, 5 avqust — Sputnik. Moskvada "Crocus City Oceanarium" şirkətinin təsisçisi və baş direktoru Andrey Çernov qətlə yetirilib. 

Sputnik Azərbaycan Euronews-a istinadla xəbər verir ki, hadisə avqustun 4-də səhər saatlarında Suvorov parkında baş verib. Rusiya İstintaq Komitəsi məlumatı təsdiqləyərək qətlin bəzi təfərrüatlarını açıqlayıb.

Naməlum killer 52 yaşlı biznesmenə 6 dəfə atəş açarıq hadisə yerindən uzaqlaşıb. Qətlin motivləri hələlik istintaq məlum deyil.

Hüquq-mühafizə orqanlarındakı mənbələr Çernovun ənənəvi səhər qaçışı zamanı güllələndiyini bildiriblər.

Onlar biznesmenə 6 dəfə yox, 7 dəfə atəş açıldığını qeyd ediblər. Çernovun yaxınları və qohumları biznesmenin heç kimlə ədavətinin olmadığını, rəqibləri ilə hər hansı münaqişənin yaşanmadığını bildiriblər.

Rusiya mediası qətlin sifarişli olduğunu ehtimal edir.

Killerin biznesmeni bir neçə gün ərzində izlədiyi, qətl üçün ideal vaxt və məkan seçdiyi qeyd olunub. Bunu hadisənin baş verdiyi yerin yaxınlığında heç bir müşahidə kamerasının olmaması da sübut edir. Üstəlik biznesmenin güllələndiyini də görən olmayıb. Killer hadisə yerində hər hansı ip ucu buraxmayıb.

Xatırladaq ki, "Crocus City Oceanarium" 2016-cı ilin sonlarında azərbaycanlı biznesmen Araz Ağalarova məxsus "Crocus City" ticarət-əyləncə mərkəzində açılıb. Bu, Ağalarovun biznes aktivlərindən biridir. "Okeanarium" ötən il açılıb. Orada planetin ən müxtəlif regionlarından gətirilən 10 minə yaxın dəniz canlısı yaşayır.

Araz Ağalarov tanınmış müğənni, hər il Bakıda keçirilən "Jara" Beynəlxalq Müsuqu Festivalının təsisçisi Emin Ağalarovun atasıdır.

Xəbər lenti
0