BAKI, 3 avqust — Sputnik. "ABŞ Rusiyaya iqtisadi müharibə elan etdi". Sputnik xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib.
O, ABŞ-ın Rusiya əleyhinə tətbiq etdiyi yeni sanksiyaları "irimiqyaslı ticarət müharibəsinin elanı" kimi dəyərləndirib.
"Donald Tramp Konqresin ona imzalatdığı yeni qanunla, əslində iqtidarsızlığını nümayiş etdirdi. Tramp Konqres qarşısında alçaldı" — Medvedev qeyd edib.
Qeyd edək ki, bir çox ciddi sahələri əhatə edən sanksiyaların məqsədi Rusiyanın Krımı işğal etməsi və 2016-cı il ABŞ prezident seçkilərinə iddia olunan müdaxiləni cəzalandırmaqdır.