BAKI, 2 avqust — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 5-də Filippində ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşəcək. Sputnik Azərbaycan "Kommersant"-a istinadən xəbər verir ki, görüş Manila şəhərində keçiriləcək regional forum çərçivəsində baş tutacaq.
Məlumatı həm Dövlət Departamenti, həm də Kreml təsdiqləyib. "Görüşdə iki ölkə arasındakı gərginliyin azaldılması yolları, həmçinin qlobal məsələlər müzakirə ediləcək" — rəsmi qurumlardan bildirilib.