BAKI, 1 avqust — Sputnik. Moskva vilayətində çoxsaylı cinayətlərdə ittiham olunan "GTA dəstəsi" adı altında fəaliyyət göstərən cinayətkar dəstənin məhkəməsi zamanı atışma baş verib.
Cinayətkar dəstənin beş nəfər üzvünü gətirərkən liftdə konvoya hücum olub. Dəstə üzvləri konvoyun üzərindəki silahları götürərək, onlara ağır bədən xəsarətləri yetiriblər. Lakin konvoylardan biri "Rosqvardiya"ya xəbər verə bilib.
Dəstə üzvləri ilə "Rosqvardiya" əməkdaşları arasında atışma baş verib. Nəticədə cinayətkar dəstənin 3 üzvü hadisə yerində öldürülüb, digər iki nəfər isə zərərsizləşdirilib.
Atışma zamanı "Rosqvardiya"nın əməkdaşı da yaralanıb. Hadisə nəticəsində bir polis əməkdaşı müxtəlif bədən xəsarətləri alıb.
"GTA dəstəsi" adlı cinayətkar dəstənin üzvləri Moskva vilayəti ərazisində müxtəlif ağır cinayətlərdə ittiham olunur. Onlar 17 nəfərin qətlində və digər ağır cinayətlərdə ittiham olunur. Dəstənin adı "GTA" oyunundan götürülüb.