QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dəhşətli qətli araşdırmaq üçün xüsusi qrup yaradılıb

© Photo : APAZakir Qaralov, Azərbaycan Respublikasının baş prokuroru
Zakir Qaralov, Azərbaycan Respublikasının baş prokuroru - Sputnik Azərbaycan
Abunə olmaq
Zakir Qaralov: "Bir yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb"

BAKI, 31 iyul — Sputnik. Azərbaycanın Baş prokuroru Zakir Qaralov ermənilərin Azərbaycanın dins sakinlərinə qarşı törətdiyi cinayət hadisələrindən danışıb.

APA-nın məlumatına görə, Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq bu il iyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində kənd sakinləri — 51 yaşlı Sahibə Allahverdiyeva və onun 1 yaşlı nəvəsinin həlak olması, digər mülki şəxs 52 yaşlı Səlminaz Quliyevanın ağır bədən xəsarətlər alması, eləcə də vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi faktlarına görə Füzuli rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupu yaradılıb.

Xəbər lenti
0