BAKI, 31 iyul — Sputnik. Rəsmi Moskvanın ABŞ diplomatları ilə bağlı qərarı əsassızdır.
APA-nın verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi bəyan edib.
“Bu, təəssüf doğuran və tamamilə əsassız qərardır. Hazırda biz qərarın təsirini qiymətləndirir, müvafiq cavab hazırlayırıq. Bu səbəbdən əlavə şərhə ehtiyac duymuruq” — deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.
Qeyd edək ki, ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk edəcək. Bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib. “Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər” — deyə V.Putin bildirib. ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.