BAKI, 30 iyul — Sputnik. Cəlilabadlı şəhid zabitimiz doğulduğu kənddə torpağa tapşırılacaq.
“Report” xəbər verir ki, bu gün 24 yaşlı leytenant, şəhid Hüseyn Zakir oğlu Əkbərlinin cənazəsi bu gün doğulduğu Cəlilabad rayonuna gətiriləcək.
Qeyd edək ki, iyulun 29-dan 30-na keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq, Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Düşmən atəşinin qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü, leytenant Hüseyn Zakir oğlu Əkbərli şəhid olub.
Allah rəhmət eləsin!