BAKI, 30 iyul — Sputnik. Moskvada bu gün fırtına olacağı barədə xəbərdarlıq edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyi yaxın 3 saat ərzində Moskvada hava şəraitinin kəskin pisləşəcəyini, yağış, tufan, dolu və sürəti saniyədə 12-17 metrə çatan güclü külək gözləndiyini açıqlayıb.
Avtomobil yollarını su basacağı gözlənilir.