Müharibə, eyni zamanda bu ərazilərdə Azərbaycanın tarixi abidələrini, mədəni irsini də tədricən məhv edir.
Baxmayaraq ki, bu dəyərlərin qorunması üçün müxtəlif beynəlxalq təşkilatların konvensiyaları mövcuddur, lakin bu sənədlər də faktiki olaraq Ermənistanın Azərbaycan torpaqlarındakı tarixi abidələri məhv etməsinin qarşısını almır.