Ekspertlər bildirirlər ki, məişət problemləri, işsizlik, kasıblıq da bu prosesə birbaşa təsir edir. Bu da zorakılıq və intiharların artmasına səbəb olur.
Ölkəmizdə qadınların mövcud sosial-psixoloji problemləri necə həll olunmalıdır? Bu barədə avqustun 3-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunda keçiriləcək Dəyirmi Masada ətraflı bəhs ediləcək.
Tədbirdə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva, "Təmiz Dünya" Qadınların İctimai Birliyinin sədri Mehriban Zeynalova, "XXI əsrin qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və digər əlaqədar şəxslər iştirak edəcək.
Moderator "Cənubi Qafqaz" politoloqlar klubunun sədri İlqar Vəlizadə.
Əlaqələr:
Telefonlar: 404-13-84/85 E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M (Beynəlxalq Mətbuat Mərkəzi, 4-cü mərtəbə) ünvanında keçiriləcək.