Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın BMT-dəki yeni nümayəndəsinin adı açıqlandı

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidRF Xarici İşlər nazirinin sabiq müavini Vasili Nebenzya
RF Xarici İşlər nazirinin sabiq müavini Vasili Nebenzya - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-də Rusiyanın 10 il daimi nümayəndəsi kimi çalışan Vitali Çurkin, 20 Fevralda 65 yaşında, ABŞ-dakı ofisində çalışarkən infarkt keçirərək dünyasını dəyişmişdi

BAKI, 27 iyul — Sputnik. Rusiyanin BMT-dəki yeni daimi təmsilçisinin adı bəlli olub. Sputnik Azərbaycan xəbər verir ki, bu, Xarici İşlər nazirinin sabiq müavini Vasili Nebenzyadır.

Təyinat Kremlin rəsmi saytında da yayımlanıb. 1962-ci il təvəllüdlü Nebenzya, Rusiya Xarici İşlər Nazirliyinə bağlı Moskva Beynəlxalq Əlaqələr Universitetindən (MGİMO) məzun olub.

Bundan əvvəl Nyu-York və Cenevrədə diplomat olaraq müxtəlif vəzifələrdə çalışan Nebenzya, 2013-ci ildən bu yana xarici işlər nazirinin müavini vəzifəsini icra edib.

BMT-də Rusiyanın 10 il daimi nümayəndəsi kimi çalışan Vitali Çurkin, 20 Fevralda 65 yaşında, ABŞ-dakı ofisində çalışarkən infarkt keçirərək dünyasını dəyişmişdi.

Xəbər lenti
0