BAKI, 27 iyul — Sputnik. Unikal rəqs müsabiqəsi valideyn himayəsindən məhrum olan uşaqlara böyük rəqs dünyasında ilk addımlarını atmağa kömək edir. Layihədə ölkələrin ən yaxşı xoreoqrafları toplaşırlar ki, hər kəsin rəqs edə biləcəyini sübut etsinlər. Müsabiqədə gənc rəqqaslar soloda, cüt şəkildə və kollektiv rəqs edəcəklər.
"Tı super! Tansı" ("Sən supersən! Rəqslər") öz həyatını dəyişmək, özünü böyük auditoriyaya təqdim etmək şansı, dünya şöhrətli rəqqaslar və xoreoqraflarla işləmək, unudulmaz təəssüratlar almaq, yeni dostlar tapmaq və öz kumirlərinlə tanış olmaq imkanıdır. Beynəlxalq müsabiqə Rusiya, MDB və Baltik ölkələrinin müxtəlif guşələrindən olan istedadları birləşdirir, uşaqlara ən çox arzuladıqları şeyi həyata keçirmək şansını hədiyyə edir.
İyulun 31-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində bu müsabiqənin iştirakçıları — Abbasqulu Səfərov və İlkin Hüseynovun mətbuat konfransı olacaq. Müsabiqənin təşkilatçısı olan tərəflərin nümayəndəsi kimi Sputnik Azərbaycan İnformasiya Agentliyinin rəhbəri Əziz Əliyev də çıxış edəcək.