BAKI, 25 iyul — Sputnik. "Amerikanın Ukraynaya öldürücü silahlar göndərməsi, sülhə ən böyük əngəldir". Sputnik xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
"ABŞ-ın bu addımı gərginliyi daha da yüksəldir, sülhə zərər verir. Amerikalıların bu həmləsi ilə bölgə daha da təhlükəli vəziyyətə gəlir" — Peskov bildirib.
Kremlin mətbuat katibi qeyd edib ki, bu cür hərəkətlər Ukraynadakı böhranın həllini daha da uzadır.