BAKI, 25 iyul — Sputnik. Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə edib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
"Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb" — deyə MN bəyan edir.
© AR Ministry of DefenseErmənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib
Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib
Bildirilir ki, hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur. Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.