BAKI, 25 iyul — Sputnik. "Türkiyə Rusiyadan hansı niyyətlə S-400 zenit-raket kompleksini almaq istəməsinin səbəbini izah etməlidir". Sputnik Türkiyə xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Ceff Devis açıqlama verib.
"Türkiyə NATO-nun vacib müttəfiqidir və bizim müttəfiqlərimizlə münasibətlərimizin əsas təməllərindən biri ondan ibarətdir ki, silahlarımızın kodları bir-birinə uyğun olmalıdır" — Devis əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Baş Qərargah rəisi Cozef Danford, Türkiyənin Rusiyadan S-400 raketləri almasından narahat olduğunu açıqlamışdı.