BAKI, 23 iyul — Sputnik. Ağ Evin mətbuat katibi Sara Sanders Donald Tramp administrasiyasının Rusiyaya qarşı sanksiyaları dəstəklədiyini bəyan edib.
APA-nın verdiyi məlumata görə, S. Sanders deyib ki, administrasiya Ukraynada vəziyyət normallaşana qədər Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi ilə əlaqədar Konqresin hər iki palatası ilə birgə çalışır.
Qeyd edək ki, dünən respublikaçılar və demokratların həm Nümayəndələr Palatasında, həm də Senatda Rusiya və İrana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbulunu razılaşdırdıqları məlum olub. Sənəd Konqresin saytında yerləşdirilib. Qanun layihəsi gələn həftənin çərşənbə axşamı Nümayəndələr Palatasında, yaxın həftələrdə isə Senatda səsverməyə çıxarılacaq.