BAKI, 21 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin, ölkənin ən yaşlı insan haqları müdafiəçisi Lyudmila Alekseyeva ilə görüşmək üçün onun yaşadığı binaya gedib. Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, Putin görüşdən sonra vətəndaş və turistlərlə qısa görüş keçirib.
Prezidenti qarşılarında görən məhəllə sakinləri onu alqışlarla qarşılayıblar. Avtomobilinə minmədən əvvəl Rusiya lideri bir neçə vətəndaş və turistin əlini sıxıb. Qadınlardan biri də fürsətdən istifadə edərək Putini yanağından öpüb.
Putin, avtomobilinə tərəf gedərkən, vətəndaşlara "dəstəyiniz üçün təşəkkür edirik" deyib.