QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lapşin azərbaycanlılara mənəvi əzab verdiyi üçün peşmandır

© Sputnik / Murad OrujovРоссийско-израильский блогер Александр Лапшин в бакинском аэропорту
Российско-израильский блогер Александр Лапшин в бакинском аэропорту - Sputnik Azərbaycan
Abunə olmaq
Bloqger: "Mən heç bir halda erməni hakimiyyəti ilə cinayət əlaqəsinə girməmişəm"

BAKI, 19 iyul — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda Lapşinin vəkili Eduard Çernin çıxış edib. O, çıxışında müvəkkilinə bəraət istəyib.

Российско-израильский блогер Александр Лапшин в бакинском аэропорту - Sputnik Azərbaycan
Ədliyyə Nazirliyindən Aleksandr Lapşinlə bağlı açıqlama

"Lapşinə qarşı irəli sürülən ittihamlar əsassızdır. Burada verilən ekspert rəyi də mötəbər sübutlara əsaslanmayıb. Çünki Lapşin məqalələrinin heç birində Azərbaycanın ərazi bütövlüyünü pozan çağırışlar etməyib" — deyə Çernin bildirib.

Sonra Lapşinə son söz verilib. O, çıxışında ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib. Azərbaycan xalqına mənəvi əzab verdiyi üçün isə peşman olduğunu dilə gətirib.

"Mənim Azərbaycan xalqı qarşısında günahım yalnız mənəvi sahədədir, heç bir halda hüquqi müstəvidə deyil. Mən başa düşürəm ki, Qarabağ Azərbaycan üçün nə qədər vacibdir. Mən heç bir halda erməni hakimiyyəti ilə cinayət əlaqəsinə girməmişəm" — o, vurğulayıb.

A. Lapşin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına ümid etdiyini deyib: "Mən peşmanam ki, Qarabağa səfər edərək, işğal nəticəsində əziyyət çəkən sakinlərə mənəvi əzab vermişəm. Mənim işğal haqqında təsəvvürüm olmayıb. Burda olanda da mənə ancaq yaxşı münasibət göstərilib".

Sonra hakimlər kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra prosesin iyulun 20-si saat 10:00-da davam etdiriləcəyi və hökmün oxunacağı bildirilib. Prokuror Lapşinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı deyib ki, Lapşin cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Azərbaycanın hüdudlarından məcburi şəkildə kənarlaşdırılmalıdır.

Rusiya, Ukrayna və İsrailin vətəndaşlığını daşıyan Lapşin, Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Lapşin AR Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

Xəbər lenti
0