QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bakı İrəvanın təxribatına aldanmadı

© Photo : REPORT IAАзербайджанский солдат на освобожденном от оккупации возвышенности Леле Тепе
Азербайджанский солдат на освобожденном от оккупации возвышенности Леле Тепе - Sputnik Azərbaycan
Abunə olmaq
Panika, qaçqın axını, ölkədə daxili siyasi sabitsizlik yaratmaq üçün arzuolunan situasiya yaratmaq istəyirdilər

BAKI, 16 iyul — Sputnik. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində bəyan etdi ki, "balaca Zəhranın və nənəsinin öldürülməsi erməni faşizminin təzahürüdür və bu hərbi cinayətə görə Ermənistan öz cavabını aldı". Ölkə rəhbəri cəbhə xəttindəki son hərbi əməliyyatlara işarə etsə də, detalları açıqlamadı.

Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda - Sputnik Azərbaycan
Prezident İlham Əliyev: "Zəhranın qanı yerdə qalmadı"

Prezidentin bəyanatının pərdəarxasını aşağıda şərh etməyə çalışacağıq. İlham Əliyev həmçinin qeyd edib ki, "Bizim xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, bu ilin birinci yarısında bu istiqamətdə — danışıqlar istiqamətində heç bir nəticə əldə edilməmişdir. Bununla bərabər, hesab edirəm ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı önəmli hadisələr də baş vermişdir və Azərbaycanın haqlı mövqeyi daha da böyük dəyər qazanmışdır".

"Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirmişdir. Bu "referendum"un keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri — Amerika, Fransa, Rusiya "referendum"u tanımadı. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr — İran, Gürcüstan "referendum"u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər" – dövlət başçısı bildirib.

Prezidedntin sözlərinə görə, bu qondarma "referendum"un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir: "Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi".

İlham Əliyevin açıqlaması yeni məqamları üzə çıxardır. Araşdırmaçıların fikrincə, Cənubi Qafqazda maraqları olan mühüm geosiyasi oyunçular olan ABŞ və Rusiya Hamburqda G-20 sammiti meydanında bütün dünyaya açıq-aşkar Qərb ilə Rusiya arasında münasibətlərin sabitliyini pozan amillər olaraq Ukrayna və Suriya üzrə mövqelərinin yaxınlaşdığını nümayiş etdirdilər. Tramp və Putinin görüşü, mühüm geosiyasi qarşıdurmanın tənzimlənməsi zamanı iqlimin istiləşməsinə qarşı mübarizə və azad ticarət zonası məsələləri düyününü çözən sammitin ən nəzərəçarpan qeyri-rəsmi gündəliyi idi.

Hər iki tərəfi təmin edən bu mühüm görüş Cənubi Qafqaz üzrə də razılıq əldə edilməsi üçün zəmin yaradır. Burada Azərbaycan və Ermənistanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlığı və müharibə şəraitində olan, sovet keçmişi və Avropa gələcəyi arasında keçid yaşayan iki dövlət arasında güzəştli sülhə nail olmaq mühüm regional mövzulardır.

Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
İkinci Qarabağ müharibəsi başlayır?

Prezident Əliyev və ABŞ dövlət katibi Tillersonun görüşü zamanı Ağ evin təmsilçisi Azərbaycan barədə danışdı. Cənubi Qafqaz və Qarabağ yenidən dünya güclərinin diqqətindədir. Qarabağ cəbhəsindəki son olaylar münaqişə ilə bağlı danışıqlara yeni təkan verdi. Dünyanın güc mərkəzlərinin, xüsusilə də Rusiyanın bu prosesdə fəallaşması müşahidə olunur.

Araşdırmaçılar hesab edirlər ki, Azərbaycanın Avropa dövlətləri ilə əlaqələri möhkəmlənir, Xəzərin şərq sahilində Qərbin nüfuzu artır. Belə bir situasiyada İran Cənub Qaz Dəhlizi layihəsini pozmağa çalışacağını açıq bəyan edib. Lakin 2 yaşlı Zəhrənnın ölümü İrəvana ağır zərbə oldu və bəllidir ki, belə bir genişmiqyaslı və təhlükəli təxribata İrəvan kənardan təzyiq olmadan gedə bilməzdi.

Zəhranın qətli ilə İrəvan Azərbaycanı provakasiyaya çəkirdi və panika, qaçqın axını, ölkədə daxili siyasi sabitsizlik yaratmaq üçün arzuolunan situasiya yaratmaq istəyirdi. Bunun ardınca, iri həcmli sərmayələri, böyük layihələri, Azərbaycanın real müstəqilliyini uzun müddətə unutmaq lazım gələcəyini ehtimal edirdi.

Amma Bakı soyuqqanlılığını itirmədi və düşmənin cavabını da verməyi unutmadı. Zəhranın qətli və cəbhə xəttindəki son əməliyyatlardan sonra həmsədrlər yenidən "Madrid prinsipləri" ətrafında danışıqları davam etdirməyi təklif edirlər. Status-kvonun dəyişdirilməsi üçün nəzərdə tutulan mərhələli həll planına, məhz 5+2 variantına uyğun olaraq işğal edilmiş ətraf rayonların boşaldılmasından başlanmalıdır.

Hazırda Qarabağ danışıqlarında yenilik adlandırıla biləcək başlıca məqam milli öz müqəddəratını təyinetmə prinsipinin tamamilə yeni rakursda təqdim edilməsidir. Beynəlxalq hüquqa görə, milli öz müqəddəratını təyinetmə hüququ yaşadıqları dövlətin içərisində də təmin edilə bilər. Yəni Dağlıq Qarabağ öz müqəddəratını Azərbaycanın ərazi bütövlüyü çərçivəsində də həll edə bilər.

Son Qarabağ danışıqlarında milli öz müqəddəratını təyinetmə prinsipinə nisbətən ərazi bütövlüyü məsələsi daha qabarıq şəkildə öz əksini tapıb. Odur ki, haqlı sual yaranır: münaqişənin bu şəkildə həll variantı Azərbaycanın maraqlarına uyğundurmu? İlk baxışdan bu, belədir. Lakin "Madrid prinsipləri" Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün ciddi təhlükəyə çevrilə bilər.

Məlumdur ki, Ermənistan Dağlıq Qarabağın onların nəzarətində qalacağına əmin olmasa, heç bir rayonu azad edəsi deyil. Ən əsas məsələ kimi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi problemində də çoxsaylı suallar mövcuddur. Lakin xatırladaq ki, "Madrid prinsipləri"ndə bu məsələ öz əksini tapıb. Əslində, "Madrid prinsipləri"nin narahatedici amili də, məhz bu məsələ ilə bağlıdır.

Onu da vurğulayaq ki, "aralıq status" təklifini Azərbaycan qəbul edə bilər. Lakin aralıq status problemində də müəyyən təhlükəli məqamlar mövcuddur. Bu, bir tələ də ola bilər və odur ki, aralıq statusla bağlı sənədlərdə bütün məsələlər aydın göstərilməlidir. Məsələ ondadır ki, İrəvan və Qarabağ separatçıları aralıq statusu müstəqillik səviyyəsinə qaldırmağı düşünürlər.

Brüsseldə Şimali Atlantika Şurasının Əfqanıstan İslam Respublikasındakı Qətiyyətli Dəstək Missiyası formatında müdafiə nazirləri səviyyəsində görüş - Sputnik Azərbaycan
QARABAĞ
Dağlıq Qarabağ münaqişəsi NATO toplantısında qaldırılıb

Bu günə olan reallıq ondan ibarətdir ki, danışıqlarda münaqişənin həlli üçün Dağlıq Qarabağ ətrafındakı 7 rayonun boşaldılması nəzərdə tutulmayıb. Təqdim edilən variantlar isə Azərbaycanın maraqlarına uyğun deyil.

Digər məsələ Dağlıq Qarabağla bağlı referendumun keçirilməsidir. Ölkə konstitusiyası bunu qadağan edir. Azərbaycanın hansısa bölgəsində ayrıca referendum keçirilməsi qanunla qadağandır. Son danışıqlarda, eyni zamanda, yenilənmiş "Madrid prinsipləri"ndə maraqlarımıza uyğun gəlməyən məqam bundan ibarətdir ki, orada birmənalı şəkildə qeyd olunmayıb ki, referendum bütün Azərbaycan ərazisində, yoxsa Dağlıq Qarabağda keçiriləcək.

Yeni Qarabağ danışıqlarında irəli sürülən təkliflərin Ermənistan tərəfindən qəbul edilib-edilməməsinə gəlincə, İrəvan bunu qəbul edə bilməyəcək. Ermənistan prezidenti Sarkisyanın rəsmi razılığını elan edib sazişə imza atması üçün Rusiyanın və ABŞ-ın dəstəyi lazımdır. Ölkə daxilində mövcud hakimiyyəti devirmək istəyən qüvvələr güclüdür və İrəvan kompromissə gedərsə, Sarkisyanın devrilməsi reallaşa bilər.

Hazırda rayonların gerçəkdən azad edilməsi problematik görünür. Bu planın reallaşması üçün Rusiya və ABŞ arasında razılaşmanın əldə edilməsi vacibdir. Hələ ki belə razılaşma mövcud deyil. Bakı isə öz maraqlarından geri çəkilməyəcəyi açıq nümayiş etdirir…

Xəbər lenti
0